banner
banner

Sosİal

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: bunu etməyin!

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: bunu etməyin!

SOCAR “Azəriqaz” İstehsalat Birliyi abonentlərin mənzilə daxil olaraq qaz sızmasının olub-olmadığını müəyyən etmədən əvvəl işıqlandırıcı cihazları yandırıb-söndürməməyə çağırıb.

“APA-Economics” xəbər verir ki, bu çağırış SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov tərəfindən “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı səsləndirilib.

Onun sözlərinə görə, qaz iyinin olub-olmadığını müəyyən etmədən işıqlandırıcı cihazlarından istifadə nəticəsində yaranaт qığılcım bədbəxt hadisəyə, qəzaya səbəb ola bilər.

Şöbə müdiri bildirib ki, hansısa səriştəsiz insan tərəfindən düzgün quraşdırılmayan qaz cihazı və ya şlanq birləşmələri nəticəsində qaz sızması yarana bilir, bu da partlayışa səbəb olur.

“Partlayış və yanğın hadisələrinin 99%-i bu səbəbdən baş verir. Ona görə də, dönə-dönə təkrar edirik ki, mənzilə daxil olanda, hətta bloka daxil olan zaman qaz iyinin olub-olmadığını yoxlayaq. Hamımız qaz iyini tanıyırıq. Bunu etmədən işığı yandırıb-söndürmək olmaz. İşığı yandırıb-söndürən zaman həmin o elektrik qutusunda qığılcım əmələ gəlir və ani bir səhfdən böyük faciə yaranır”, - deyə İlkin Behbudov vətəndaşları tədbirli olmağa çağırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.