banner
banner

Sosİal

İş axtaranlara müjdə

İş axtaranlara müjdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti Əmək yarmarkasını mayın 15-də Naftalan şəhərində keçirəcək.

Nazirlikdən Cia.az-a verilən məlumata görə, tədbir Naftalan şəhər Məşğulluq Mərkəzinin inzibati binasında (N.Gəncəvi küçəsi, döngə 1) təşkil olunacaq. Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələr üzrə 140-a yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. 

Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına, müvəqqəti xarakterli və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. 

2015-ci il üzrə Əmək yarmarkalarına cari ilin mart ayında başlanılıb. Ötən dövrdə Bakının Nəsimi rayonunda və İsmayıllı, Yardımlı, Daşkəsən, Goranboy rayonlarında keçirilən Əmək yarmarkalarında 395 nəfər şəxsə boş iş yerlərinə göndəriş verilib, 22 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.