banner
banner

Şou

“İlk maşın Flora xanımla məndə olub” - FOTO

“İlk maşın Flora xanımla məndə olub” - FOTO

"Bir neçə dəfə işğaldan azad olunmuş ərazilərdə keçirilən tədbirlərə məni də dəvət ediblər. O qədər çağırıblar ki. Yol uzundur, o yolu götürmərəm. Heç halım da yoxdur. Səhhətimlə bağlı uzun yol gedə bilmirəm. Oralara ən azı 6-7 saat yol getməlisən. O vaxt mən hər yerə öz maşınımla gedirdim. İndi bizim ailənin də sürücüsü var. Özüm maşından istifadə etmirəm. Burdan-bura Razində qohumlarım olur, heç ora getmirəm. Onlar özləri gəlib-gedirlər. İndi maşın çoxdur, yollar da tıxac. O vaxt mən özüm sürürdüm. İlk maşın Flora xanımla məndə olub. Məndə jiquli idi. Yadınızdadır da yəqin".

Hurriyyet.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib.

"Bu gün jurnalistlərlə görüşmürəm. Zəng edib deyirlər ki, "nə yenilik var?".Axı heç bir yenilik yoxdur. 25 il radioda veriliş aparmışam. O vaxt yeniliklər çox olurdu. Radionun qızıl fondunda yüzlərlə verilişlərim var. Bəzən onları verirlər. Özüm radioya getməsəm də, həmişə verilişlərim var. Məndən yadigar görün nə qədər zapislər var. Bunların hamısını bu gün üçün, gənclik üçün etmişəm" deyə sənətkar bildirib. 

Xalq artisti bildirib ki, Fransada bir neçə tədbirdə çıxış edib."Fransada "Dədə Qorqud" dastanından həm oğulun, həm də atanın dialoqunu oxuyurdum. Birinci öz dilimizdə oxuyurdum, sonra da  Fransızca. Mən gecə-gündüz onları əzbərlədim. Birinci dəfə Fransaya gedəndə heç oranı gəzmədim. Düzdür, nə vaxtsa Fransız dili keçmişdim, amma çox az yadımda qalmışdı. Fizulinin "Ey həkim" qəzəlini Fransız dilində səsləndirdim. Səhnədən düşəndən sonra foyeyə keçdim, gəlib mənimlə Fransızca danışırdılar. Elə bilirdilər ki, mən Fransızam. Çünki o qəzəli öz Fransız aktyorları oxuya bilmirdilər" deyə sənətkar bildirib.

Məqaləyə dair fotomateriallar:

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.