banner
banner

Sosİal

Sürüşmə zonaları yenidən aktivləşir? - Son vəziyyət AÇIQLANDI

Sürüşmə zonaları yenidən aktivləşir? - Son vəziyyət AÇIQLANDI
 

“Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir”.

Bunu “Trend”ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Siyəzəndə sürüşmə olub.

“Hazırda həmin ərazidə aktivlik yoxdur. Abşeronun sürüşmə zonalarında yalnız Masazır və Nübar yaşayış massivində zəif dislokasiyalar var. Bakının Bayıl qəsəbəsində aparılan müşahidələrə əsasən deyə bilərəm ki, həmin ərazidə heç bir dəyişiklik və gərginlik yoxdur.

Cənub zonasında lokal sürüşmələr qeydə alınır. Yardımlı-Masallı yolunun sağ çiynində qırılıb düşmə var. Yağışların mövsümi xarakterli artmasıyla sürüşmə proseslərində zəif aktivlik baş verə bilər”.

Xidmət rəisi deyib ki, bu gün əsasən cənub bölgəsində monitorinqlər aparılır.

“Azərbaycanda 99 lokal sürüşmə sahəsi var. Ancaq bunların 42-də aktivləşmə ola bilir ki, həmin sahələrdə də monitorinqlər aparırıq. Ümumi götürdükdə hazırda ölkədə sürüşmə zonalarında ciddi aktivlik müşahidə olunmur”, - deyə Xidmət rəisi qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.