Bu gün Çempionlar Liqasında yarımfinal mərhəlsinə yekun vurulacaq. Bu gecə baş tutacaq matçda ikinci finalçı müəyyənləşəcək. Gecənin yeganə oyununda "Real" "Yuventus"u qəbul edəcək. "Santyaqo Bernabeu" stadionunda baş tutacaq matçda ədaləti isveçli FIFA referisi Yonas Eriksson qoruyacaq. Komandalar arasında bir həftə əvvəl Turində baş tutan oyunda "Yuventus" qələbə qazanıb - 2:1. "Real" səfərdə vurduğu bir qola görə evdə 1:0 hesablı qələbə qazanmaqla mərhələ adlaya bilər.
Qeyd edək ki, ilk finalçı ötən aхşam müəyyənləşib. "Bavariya"nı mübarizədən kənarlaşdıran "Barselona" həlledici matça vəsiqə qazanıb (3:0, 2:3).
Çempionlar Liqası 1/2 final Cavab oyunu
13 may 23.45 Real (İspaniya) - Yuventus (İtaliya) İlk oyun - 1:2. Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark, Daniel Qustavsson (İsveç). Əlavə köməkçi hakimlər: Martin Stromberqsson, Markus Stromberqsson (İsveç). Madrid. "Santyaqo Bernabeu" stadionu.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.