banner
banner

Gündəm

İş adamlarının həbsinə başlanıldı

İş adamlarının həbsinə başlanıldı

Ötən həftədən Azərbaycanda bəzi iş adamlarının həbsinə başlanılıb. 
Bu çərçivədə “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov, şirkətin mühasibi Niyaz Orucov, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov, Oliqarx Nizami Piriyev, "Avesta" holdinqinin sahibi Hacı İbrahim Nehrəmli hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılanlar əsasən fırıldaqçılıqda, maliyyə xəyanətində, ictimai əmlakı mənimsəməkdə və s. cinayətlərdə ittiham olunurlar.

Saxlanılanlardan Rəşad Məmmədovun MTN təcridxanasına aparıldığı, İbrahim Nehrəmlinin isə “Bandotdel”də olduğu bildirilir. 
Saxlanılanlardan bəziləri barədə həbs-qətimkan tədbirləri seçilib. 
Daha əvvəl yerli mətbuat saxlanılan şəxslərdən bəzilərinin sakinlərə qarşı etdiyi özbaşınalıqlar barədə xəbərlər yaymışdı. 
Onlardan bayraq meydanının keçmiş rəisi Rəşad Məmmədovun rəhbərlik etdiyi şirkətin minlərlə ailəyə aid malı-mülkü taladığı bildirilmişdi. 

Dünyamin Xəlilov isə sahibi olduğu plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına banklardan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə bu kreditlərdən xəbərləri yoxdur.

Bundan başqa həmin günlərdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev üç rayonun gömrük idarəsinin rəisini işdən çıxarıb. Məlumata görə, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir. Burada ən maraqlı məqam işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır. Aydın Əliyevin üç rayonun gömrük idarəsinin rəisini işdən azad etməsinin səbəbləri hələlik bilinmir.

Millət vəkili Fazil Mustafa baş verənlərlə bağlı verdiyi açıqlamada ölkədə oliqarxlara qarşı həbs dalğasının davam edəcəyini bildirib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.