banner
banner

Gündəm

Hacı Şahinə məzar daşı niyə qoyulmur?

Hacı Şahinə məzar daşı niyə qoyulmur?

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin məzar daşı hələ də hazır deyil.

Cia.az xəbər verir ki, İslam adətlərinə görə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulsa da, Hacı Şahinin qəfil vəfatından 4 ay keçməsinə baxmayaraq, məzarı başında heç bir hazırlıq işi görülmür.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Səlahiyyətli din xadimlərindən biri isə bu barədə danışmaq istəmədiyini bildirdi.

Qeyd edək ki, iyulun 7-si Hacı Şahinin 49 yaşı olacaq və sevənləri də qəbirüstü abidənin məhz ad gününə hazır olacağına ümid edirdilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.