Ötən gün Yəməndə Ənsarullah hərəkatı (Husilər) və sabiq prezident Ali Abdulla Salehin dəstəkçiləri daxil olmaqla, bütün tərəflərin razılığa gəldiyi beş günlük atəşkəs çok çəkməyib. Ötən gecə Yəmənin Taiz şəhərində prezident Abdurrabu Mənsur Hadi tərəfdarı olan kütlə ilə husilər arasında qarşıdurma yaşanıb və əldə olunan beş günlük atəşkəs bir gün keçmədən pozulub.
Yerli mənbələr bildirir ki, hadisə Taiz şəhərinin əl-Hasab və əl-murur məhəllələrində baş verib. Şəhərin şimalındakı əs-Sittin prospektində isə partlayış səsləri eşidilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri tərəfindən başladılan 48 günlük hava hücumlarından sonra Yəməndə ötən gün 23:00-da atəşkəs elan edildiyi bildirilsə də, ölkənin bir sıra bölgələrində bu razılığa əməl onumayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.