Müsavat Partiyası Xətai rayon təşkilatının bir bir qrup üzvü partiya daxilində baş verən anti-demokratik fəaliyyətlə bağlı bəyanat yayıb. Ümumilikdə 55 nəfərin imzaladığı bəyantda deyilir: "Biz, Müsavat Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən antidemokratik fəaliyyəti, verilən qərarları böyük narahatlıq, səbr və dözümlə izlədik. Düşündük ki, partiya rəhbərliyi buraxılmış səhvlərdən, edilən tənqidlərdən düzgün nəticə çıxararaq özünün qeyri-legitimliyi haqqında şübhələri dağıtmaq üçün təşkilat daxilində sabitliyi qoruyacaq, qurultay zamanı və sonra baş vermiş hüquq pozuntularını aradan qaldıracaqdır. Amma gözlədiklərimizin əksi olaraq rəhbərlik nizamnamədən kənar fəaliyyətini davam etdirərək partiyadaxili siyasətə qarşı edilən tənqidlərdən nəticə çıxartmadı.
Partiya rəhbərliyinin nizamnamədən kənar addımlarını, fədakar, "Müsavatçılıq" ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk."
Bəyanatı imzalayanlardan 15-i adının açıqlanmasını istəməyib. Bəyanatı imzalayan 40 nəfərin siyahısı isə belədir:
Vidadi Hüseynov - Xətai rayon təşkilatının sabiq sədri və keçmiş Ali Məclis üzvü Yaşar Ağabəyov - Şura üzvü Fəxrəddin Ağayev - üzv Zahidə Ağabəyova - üzv Tofiq Süleymanlı - Şura üzvü Tahir Süleymanov - Şura üzvü Fərrux Seyidov - Şura üzvü Yaşar Tağıyev - üzv Fəxrəddin Rəhimov - üzv İlqar Məmmədov - üzv Vüqar Məmmədov - üzv Sahib Məmmədov - Şura üzvü Bəkir Qasımov - üzv Səxavət Hüseynov - üzv Fikrət Zeynalov - üzv Məcid Nəcəfov - üzv Ümid Mirzəyev - Şura üzvü Zahid Məmmədov - üzv Ramil Məmmədov - üzv Qərənfil Şiriyeva - üzv Zərifə Qulamova - Şura üzvü
Gülüş Həsənova - üzv Aydın Novruzov - üzv Elnur Novruzov - üzv Musa İsmayılov - üzv Aqil Qazi - üzv Anar Hacıyev - üzv Adil Məmmədov - üzv Mövlud Məmmədov - üzv Akif Həsənov - üzv
Zülfüqar Həsənov - üzv Vüqar Qayıbov - üzv Əkbər Məmmədov - üzv İlham Cəfərov - üzv Salam Qasımov - üzv Qasım Əbdülrəhimov - üzv Asif Məmmədov - üzv Mahmud Şıxzadayev - üzv Hidayət Əliyev - üzv Fərhad Məmmədov - üzv
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.