Cia.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili Mixail Saakaşvili ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Ukrayna tərəfinin istəyi ilə cümə axşamı günü, iyulun 6-da Kiyevi tərk edib. Bu barədə açıqlamanı Gürcüstan XİN verib.
Zaxaraşviliyə Ukraynanı tərk eləməsi üçün çərşənbə axşamı günü – iyulun 4-də 48 saat vaxt verilib. Kiyev səfirin məşvərət üçün Tbilisiyə qayıtmalı olduğunu qərara alıb.
Gürcüstanın “Gürcü arzusu” hakim partiyasının sədri İrakl Kobazidze Prezident Zelenskinin bu addımından narazı qalsa da, Tbilisinin Ukrayna ilə dostluq rejimində qalmaq istədiyini də qeyd edib.
Saakaşvili 2021-ci ildən bəri Gürcüstanda həbsdə saxlanılır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.