3 bürcə XƏBƏRDARLIQ: Gözlənilməz maliyyə problemləri ilə üzləşəcəklər
Astroloqlar bu həftə pula qənaət etməli olan bürcləri açıqlayıb.
Bu bürclərin qısamüddətli maliyyə problemləri yaşayacaqları gözlənilir. Astroloqların sözlərinə görə, bu, qəflətən və bürc nümayəndələrinin öz laqeydliyi səbəbindən baş verə bilər.
Həmin bürcləri təqdim edirik:
XƏRÇƏNG
Gələn həftə sizi inanılmaz sevgi macəraları gözləyir. Bu, əlbəttə ki, gözəldir. Bəs maddi məsələlər? Təəssüf ki, maliyyə tərəfdən o qədər yaxşı hadisələr gözlənilmir. Bir sıra çətinliklər bu günlər ərzində sizdən əl çəkməyəcək.
TƏRƏZİ
Dəyərli bir şey almazdan əvvəl yüz ölçüb bir biçmək lazımdır. Qərarsızlıq tərəziləri bu məsələlərdə də rahat buraxmır. Çalışıb alış-veriş işlərinə bir müddət ara verin.
DOLÇA
Dolçalar bu günlərdə borc götürüb peşman olacaq. Buna görə əldə olanlarla qane olmaq lazımdır. Ən azından bir neçə həftəlik bunu etmək məsləhətdir. Bu günləri keçə bilsəniz, hər şey qaydasına düşəcək. (lent.az)
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.