Ötən gün axşam saatlarında Yevlax rayonu ərazisində “Mercedes” markalı maşın Qarabağ kanalına aşıb.
Cia.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü Həsənəv Cavid suda boğularaq ölüb.
Onun meyiti bu gün günorta saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 2002-ci il təvəllüdlü Cavid Həsənov hərbçi idi. O, 3 ay əvvəl MAXE kimi ordu sıralarında xidmət etməyə başlamışdı. Cavid Həsənov hadisə zamanı avtomobildə tək olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.