banner
banner

Gündəm

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

Tullantıların qalaqlanaraq yandırılmasına görə bir neçə bələdiyyə sədri və obyekt sahibi cərimələnib.

Cia.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Samux rayonunun Seyidlər kəndi ərazisində, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində, Göygöl rayonunun Toğanalı kəndində fəaliyyət göstərən “101” ictimai iaşə obyektində, Xəzər dənizinin Lənkəran rayonu Nərimanabad qəsəbəsi sahilində fəaliyyət göstərən iaşə obyektlərində və Ağdam rayonunun Xındırıstan kəndindəki “Oba” marketdə formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı Samux rayonu Seyidlər bələdiyyəsinin sədri Nailə Əsədova, Lənkəran rayonu Balıqçılar qəsəbə bələdiyyəsinin sədri Tofiq Bədəlov, “101” ictimai iaşə obyektinin sahibi Vidadi Məmmədov, Lənkəran rayonundakı iaşə obyektlərinin icarədarları Samiq Abuşov, Elşad Əhmədov, Rakif Fəttayev və “Oba” marketin nümayəndəsi Təhminə Vəlizadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.