SON DƏQİQƏ! Bu ölkənin hava məkanı BAĞLANDI - ŞOK TƏHLÜKƏ
Nigerdəki çevriliş idarəsi hərbi müdaxilə təhlükəsini əsas gətirərək ölkənin hava məkanını növbəti xəbərdarlığa qədər bağladıqlarını açıqlayıb.
Cia.az xəbər verir ki, uçuş izləmə saytı Flightradar24-da əks olunan məlumatlara görə, hazırda Niger səmasında heç bir təyyarə yoxdur.
Xatırladaq ki, Qərbi Afrika ölkələri qrupu ECOWAS daha əvvəl dərc etdiyi bəyanatda Niger prezidenti Məhəmməd Bazumun hakimiyyəti bazar günü saat 23:00-a qədər bərpa edilməsə, güc tətbiq edilə biləcəyi barədə xəbərdarlıq etmişdi. Xunta sözçülərindən biri isə Niger silahlı qüvvələrinin ölkəni müdafiə etməyə hazır olduğunu bildirmişdi.
Bazum iyulun 26-da saxlanıb, bundan sonra Prezident Mühafizəsi Alayının komandiri, general Əbdürrəhman Çiani özünü ölkənin yeni lideri elan edib.
Hərbi çevriliş ölkənin keçmiş müstəmləkəçisi Fransa, eləcə də Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfindən pislənib.
Lakin xunta administrasiyası hakimiyyətdən getməklə bağlı heç bir mesaj vermir.
İki əsrdən çox əvvəl azərbaycanlı diplomat Avropanın ən nüfuzlu gizli təşkilatlarından birinə qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə "Milli Kimlik" tarixi mənbələrə istinadla məlumat yayıb.
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.
Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.
İyun ayı ulduzların bizə qarşı xüsusilə comərd olduğu bir dövrdür. Astrolojik proqnozlara görə, bu ay elə günlər var ki, uğur sanki öz ayağı ilə gəlir. Həyatınızda yenilik etmək və ya yeni layihəyə başlamaq istəyirsinizsə, mütləq bu tarixləri seçməlisiniz.
Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur.
Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər