“WhatsApp”da zəng FIRILDAĞI: Bu tələyə düşməyin...
Son vaxtlar “WhatsApp” üzərindən fırıldaqlar çoxalıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Seneqal, Nigeriya, Filippin, Pakistan, Hindistan kimi ölkələrdən çoxlu insanın “WhatsApp”-na zəng edilməyə başlanıb.
Sosial mediada gündəm olan bu axtarışlarda fırıldaqçıların daha çox məşhur aktyor və ya müğənnilərin fotolarından istifadə edərək diqqət çəkməyə çalışıdıqları ortaya çıxıb.
Xarici nömrələrdən gələn zənglərə cavab verəndə, onlar sizə cəlbedici iş təklifləri edə bilərlər. Onlar müəyyən ödəniş vədləri və ya dəbdəbəli alışlar müqabilində sizdən kredit kartı nömrənizi istəyə bilərlər.
İnformatika mütəxəssisləri xəbərdarlıq edir ki, dələduzlar "WhatsApp" hesablarını oğurlaya və kontaktınızda olan bütün insanların məlumatlarına daxil ola bilərlər.
Qeyd edək ki, Fahriye Evcen, Demet Özdemir, Murat Boz kimi dünyaca məşhur aktyorlardan sonra fırıldaqçılar indi Derin Mermerci, Yasemin Özilhan kimi tanınmış adlarla hədəflərinə yaxınlaşır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.