banner
banner

Şou

Ən qalmaqallı aktrisa müsəlman olur? - FOTOLAR

Ən qalmaqallı aktrisa müsəlman olur? -

Hollivudun ən problemli qızı müsəlman olur. Qalmaqallı həyatı, gecə həyatı, pis vərdişləri ilə daima gündəmdə olan 29 yaşlı Lindsi Lohan əlində Quranla görüntülənib. 
Son dəfə məhkəmə tərəfindən sosial iş cəzası alan Lohan Nyu-York küçələrində əlində müqəddəs kitabın ingilis dilindəki tərcüməsi ilə görüntülənib. 
Qeyd edək ki, o 2014-cü ildən cəzasını uşaqlara xidmət mərkəzində çəkir. Aktrisa uşaqlara qulluq etməkdən çox məmnun olduğunu deyib. 

L.Lohan katolik bir ailənin qızıdır. Xristian ailədə böyüyüən Lohan gənc yaşlarında müxtəlif dinlərlə maraqlanıb. Uşaq yaşlarından fimlərə çəkilən, lakin gənclikdə sürətli gecə həyatı ilə gündəmə gələn, dəfələlrə polisə düşən, həbsdə qalan Lohan son müddətdə Londonda yaşamağa başlayıb. O, uzun müddətdir narkotik və spirtli içkidən də uzaqdır. 

Bu ilin əvvəlində Lohan sosial şəbəkədəki səhifəsində Qurandan ayə paylaşmış, daha sonra isə onu silmişdi. 

''Dua və meditasiya zamanı qeyri-adi hisslər keçirirəm", deyə o bildirib. 






Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.