İrəvan qoşunları buna görə sərhədə toplayır – Rəsmi
Regionumuz elədir ki, eskalasiya riski var, lakin biz dövlət olaraq bunun genişmiqyaslı hərbi əməliyyatlara səbəb olmaması üçün addımlar atmalıyıq.
Cia.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.
Sərkisyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyi regionda sabitliyi pozmamaq, ümumi vəziyyətə hər hansı mənfi təsir göstərməmək üçün addımlar atır:
“Qoşunların toplanması ilə bağlı məlumat Müdafiə Nazirliyi tərəfindən də verilib. Lazımsız gərginliyin qarşısını almaq üçün rəsmi məlumatlara riayət etmək məsləhətdir, biz hər şeyi dərc edirik”.
Erməni nazir müavini Azərbaycanın sərhədə artilleriya vasitələri topladığını da iddia edib.
Qeyd edək ki, Ermənistan qoşunları sərhədimizə yaxın ərazilərə yerləşdirilib./axar.az/
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.