Bu günlərdə Yerevanın Arabkir administrativ rayonunun Aram Xaçaturyan küçəsindəki binada yaşayan 30 yaşlı Tatevik Baqdasaryan özünü 4-cü mərtəbədən atıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, intihar edən qız keçmiş deputat Albert Baqdasaryanın qızıdır. Məlumatda qeyd edilir ki, insident gecə saatlarında baş verib. Qonşuların sözlərinə görə, Tatevik fleytaçı olub, müxtəlif müsabiqələrdə ciddi uğurlar qazanıb. Bir müddət əvvəl nişanlanıb. Onun keçmiş əri Dövlət Kino və Teatr İnstitutunda işləyir. Şayiələrə görə, Tatevik intihar etməzdən əvvəl nişanlısının hədiyyə etdiyi üzüyü pəncərənin altına qoyub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.