banner
banner

Dünya

Kremlə qarşı yeni güc

Kremlə qarşı yeni güc

NATO və Avropa İttifaqı Rusiyadan gələn yeni təhlükələrə qarşı birləşməlidir.
Bu fikir NATO ölkələri xarici işlər nazirlərinin Türkiyənin Antaliya şəhərində keçirilən toplantısında vurğulanıb.
NATO-nun baş katibi Jens Stoltenberq toplantıda alyansın şərq və cənubda artmaqda olan problemlərlə üzləşdiyini deyib.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə nümayəndəsi Federika Mogerini bildirib ki, NATO və Avropa İttifaqı Rusiyanın qorxulu siyasətindən gələn yeni təhlükələr və alyansın cənub sərhədlərindəki zorakılıqlara qarşı mübarizədə əməkdaşlıq edəcək.

Onun sözlərinə görə, iki təşkilat mahiyyətcə bir-birindən fərqli olsa da, eyni problemlərlə üzləşib: "NATO ilə Avropa İttifaqı Ukraynaya görə Rusiya ilə münasibətlərin gərginləşməsi və cənubdakı böhranı müzakirə edəcək. Avropa İttifaqı buna görə Şimali Afrikadan böyük qaçqın axını ilə qarşılaşıb".

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.