Yasamalda - Əsəd Əhmədov küçəsində yaşlı ağacları kəsirlər.
Bu barədə jurnalist Turxan Kərimov şəxsi facebook səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, ətrafdakı insanlar məsələyə irad bildirsələr də ağacları doğrayan şəxslər buna məhəl qoymayıblar: “Ağac kəsənlərin fotosunu çəkəndə “Çəkin, əcəb edib kəsirik. Kimə deyirsiz deyin, qorxmuruq” deyib ağacları kəsməyə davam ediblər. Yaşıl ağacı kəsməklə ekoloji terroru davam etdirirlər”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.