Kremldən Rusiyada prezident seçkisi ilə bağlı AÇIQLAMA
“Rusiyada prezident seçkisi istənilən halda keçiriləcək”.
Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Seçki hələ təyin edilməyib, lakin zamanı yaxınlaşır və istənilən halda keçiriləcək. Biz bundan irəli gələrək çıxış edirik”, - deyə D.Peskov vurğulayıb.
Seçkinin keçirilmə vaxtı nə zaman elan olunacaq sualına isə D.Peskov qısa cavab verib: “Seçkini Kreml elan etmir”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.