banner
banner

Sosİal

Bədbəxt hadisələrin sayı azalıb

Bədbəxt hadisələrin sayı azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin aprel ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20-dən 12-yə enib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ötən ilin aprel ayında istehsalatla əlaqəli qrup halında 3 bədbəxt hadisə qeydə alındığı halda, son bir ayda iş yerlərində belə hadisə baş verməyib. Həmçinin aprel ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 54,5 faiz, xəsarət alanların sayı isə 50 faiz azalıb. DƏMX istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı təhqiqat işlərinin aparılmasını və qanunauyğun tədbirlər görülməsini təmin edib.

Ölkədə çoxsaylı iş yerlərinin açılması şəraitində istehsalat qəzalarının sayının azalması əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən əməyin mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsinin, həmçinin əməyin mühafizəsi ilə əlaqədar həyata keçirilən ardıcıl təbliğat-maarifləndirmə işlərinin müsbət nəticəsidir. DƏMX tərəfindən ötən ilin sentyabrında ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”nin, bu il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”nün, aprel ayında isə “Təhlükəsiz iş aylığı”nın keçirilməsi də bu sahədə xüsusi önəm kəsb edib.

Həmin tədbirlər çərçivəsində Bakıda və respublikanın bölgələrində işəgötürənlərlə görüşlər keçirilərək, əməyin mühafizəsi norma və standartları, qaydaları barədə onlara dolğun məlumatlar verilib. Habelə istehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi üçün nəzarət tədbirləri həyata keçirilib, onlarda əməyin mühafizəsi sahəsində aşkar olunan nöqsanların aradan qaldırılmasına yönələn məqsədyönlü işlər görülüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.