banner
banner

Qadın

Bu əşyanı dərhal yataq otağınızdan çıxarın - Əks halda...

Bu əşyanı dərhal yataq otağınızdan çıxarın - Əks halda...

Türkiyənin məşhur həkimi, daxili xəstəliklər mütəxəssisi professor Canan Karatay vətəndaşlara xroniki yorğunluqla bağlı xəbərdarlıq edib.

Sozcu.info Türkiyə mediasına istinadən xəbər verir ki, ekspert koronavirusa yoluxanlarda yorğunluq və halsızlığın nəzərəçarpacaq dərəcədə artdığını deyib.

"Yorğunluğun ən mühüm səbəblərindən biri, təbii ki, stressdir. Fərqində olmadan yaşadığımız narahatlıq, psixi pozğunluqlar və yuxusuzluqlar da buna səbəb olur. Amma yorğunluğun ən böyük səbəblərindən biri bədəndə minerallar - xüsusilə maqnezium və kaliumun olmamasıdır. Susuzluq da daxildir" - o bildirib.

Gecələr yuxu problemi olan insanlar üçün də tövsiyələr verən Karatay nizamlı yuxunun vacib olduğunu vurğulayıb. Həkim qeyd edib ki, yatdığınız otaqlarda televizor, telefon və ya şarj cihazı olmamalıdır:

"Otağı mümkün qədər qaranlıq saxlayın. Səs-küydən uzaq durmaq da faydalıdır. Hər gecə saat 22.00-23.00 radələrində rejim nizama salınmalıdır. Yataqda yaxşı musiqi dinləmək və ya kitab oxumaqla bunu edə bilərsiniz. Ancaq telefonla oynamaq və ya planşetə baxmaq yuxunu və əsəbləri pozur". 

Musavat.com 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.

Bu aylarda doğulanlar ən anti-dramatik insanlar olur

Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.