Türkiyəli müğənni Əmrə Kaya ötən gün Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, ifaçı bu gün “Hər şey daxil” verilişinin qonağı olub. O, əslən azərbaycanlı olduğunu etiraf edib. Aparıcının “Azərbaycanlı müğənnilərə bəstə verməyi düşünmürsünüz” sualına ifaçı belə cavab verib: “Əslən azərbaycanlı olsam da, ilk dəfə bura gəlirəm. Birinci dəfədir ki, azərbaycanlılarla yan-yana oldum. Mən də istəyirəm öz qanımdan, canımdan olan müğənnilərlə işlərim olsun. Mahnım onların albomunda yer alsın. İnşallah, istəyən olsa, bəstə verəcəm”.
Qeyd edək ki, Əmrə Kaya noyabrın 10-da "The Public" klubda konsert verəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.