banner
banner

Maraqlı

"Atasının qəbrini qazdılar, yerinə başqasını basırdılar – ŞOK

"Atasının qəbrini qazdılar, yerinə başqasını basırdılar – ŞOK

Bu ilin fevralında 45 yaşlı erməni atasının və babasının məzarı üstünə gələrkən dəhşətə gəlib. Belə ki, doğmalarının məzar daşları yerində olmayıb. Məzarlardan meyitlər çıxarılaraq yerinə başqaları basdırılıb.

Cia.Az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı bir ilə yaxın araşdırma aparıb. Sən demə, İrəvan meriyasının nəzdində olan mərkəzi qəbiristanlığın direktoru köhnə qəbirlərin yerlərini satırmış.

İstintaq zamanı şok və kifayət qədər çaşdırıcı detallar üzə çıxıb. Müstəntiqlərin fikrincə, direktor dəfn yerinin müəyyən edilməsində cinayətə yol verib, nəticədə qeyri-qanuni eksqumasiya və meyitə hörmətsizlik edilib.

Məsələdən şoka düşən 45 yaşlı kişi babasının məzarını qazmaq üçün fəhlənin köməyindən istifadə edib. Bu müddətdə məzarda artıq kiminsə basdırıldığı aşkar edilib.

Qəbiristanlığın direktoruna qarşı ittiham irəli sürülüb. İş məhkəməyə göndərilmək üçün prokurora təhvil verilib. \KONKRET.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər