banner
banner

Sosİal

Külək güclənəcək, qar yağacaq - Xəbərdarlıq

Külək güclənəcək, qar yağacaq - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında xəbərdarlıq yayıb.

Xidmətdən verilən məlumata görə, noyabrın 14-ü gündüz Bakıda və Abşeron yarımadasında cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Noyabrın 14-dən 15-nə keçən gecə və səhər Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-aran, Dağlıq-Şirvan) yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 14-ü axşam, 15-i gecə və səhər qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.