Tanınmış azərbaycanlı müğənni boşandı: Ayrılmağımıza səbəb...
Tanınmış müğənni Elvin Mirzəzadə həyat yoldaşından ayrılıb.
Cia.az xəbər verir ki, AZXEBER.COM ayrılığın təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb.
Sənətçi şəxsi həyatı ilə bağlı açıqlama verməkdən boyun qaçırtsa da əslində ayrılığın 5 ay öncə yaşandığını, bu gün isə rəsmi şəkildə boşanmanın gerçəkləşdiyini təsdiqləyib.
"Mən bu barədə danışmaq istəmirəm. Başa düşürəm bu sizin işinizdir, amma mənim də həyatımdır. Kim deyirsə ayrılığa səbəb xəyanətdir, o qələt edir. Belə bir şey yoxdur, ola da bilməz. Bir az kobud səslənsə də bunu deməliyəm. Səbəb kimi sadəcə xasiyyət uyğunsuzluğunu deyə bilərəm".
Qeyd edək ki, müğənni bir müddət öncə ailə həyatı qurmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.