banner
banner

Hərbİ

Zakir Həsənov Naxçıvanda- FOTOLAR

Zakir Həsənov Naxçıvanda-

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır.
Nazirlikdən Cia.az-a verilən məlumata görə, müdafiə naziri təlimlərin növbəti mərhələsini müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə birgə təlimlərin, müdafiə sahəsində təcrübə mübadiləsinin vacibliyi, hərbi əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.

Sonra Müdafiə naziri və türkiyəli qonaqlar Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə, Şəhidlər Xiyabanına, türk şəhidliyinə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.



























Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.