banner
banner

Gündəm

Hacı İbrahimin Azərcell-ə də borcu var

Hacı İbrahimin Azərcell-ə də borcu var

Son günlər Azərbaycanda maliyyə fırıldaqçılığında ittiham edilən bir neçə iş adamı həbs edilib. Saxlanılanlar sırasında "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin də olduğu deyilir. 

Beynəlxalq Bankdan götürdüyü milyonlarla krediti geri qaytarmayan iş adamının ciddi maliyyə böhranı ilə üzləşdiyi bildirilir.  Cia.az xəbər verir ki, şirkətdən adının açıqlanmasını istəməyən şəxsin azvision.az-a verdiyi məlumata görə, konsern böyük maliyyə problemi ilə üzləşib. Bu səbəbdən işçilərin maaşlarında son aylar gecikmələr olub. Hətta holdinqdə ciddi ixtisarların aparılacağı haqda işçilərə xəbərdarlıq da edilib. 

Mənbə şirkətin "Azərcell" mobil operatoruna da borclu olduğu vurğulayıb. Bildirib ki, "Azərcell"in şirkətdaxili abunə tarifləri ödənilmədiyindən işçilər üçün nəzərdə tutulan mobil telefonların xətti bağlanıb. 

"Bir aydır ki, şirkət "Azərcell"ə olan borclarını ödəyə bilmir. Ona görə həmin operatorun danışıq tariflərindən istifadə edə bilmirik", - deyə mənbə qeyd edib.

Xatırladaq ki, ötən gün mətbuatda yer alan məlumatalara görə, "Avesta" holdinqinin sahibi Hacı İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilib. Onun məlum maliyyə fırıldaqçılığına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyi bildirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.