banner
banner

Qadın

Bu xəbəri yalnız xanımlar OXUSUN

Bu xəbəri yalnız xanımlar OXUSUN

“Bakı Metropoliteni” QSC qatar maşinisti olmaq istəyən, həmçinin qərar vermək üçün tərəddüd edən xanımlara yeni fürsət imkanı yaradır.

Cia.az xəbər verir ki, xanımların bu sahədə uğur qazanmasının mümkünlüyünü, onların bu mənada kişilərdən geri qalmadığını bir daha əyani nümayiş etdirmək üçün metropolitenin Təlim-tədris mərkəzində açıq qapı günü keçiriləcək.

Açıq qapı günündə iştirak edəcək xanımlara metropolitenlə bağlı ümumi məlumatları almaq, bir çox sahələrlə ətraflı tanış olmaq, ən əsası, mərkəzin əsas guşəsi olan qatar trenajoru barədə müfəssəl məlumat almaq imkanı yaradılacaq. İştirakçılara maşinist peşəsinin sirləri, iş rejimi barədə və digər faydalı məlumatlar təqdim ediləcək. Metropolitenin sahə üzrə rəhbər və mütəxəssis heyəti maraqlananlarla fikir mübadiləsi aparacaq və onların suallarını cavablandıracaq.

Görüşdə Bakı metropoliteninin qatarlarını idarə edən maşinist qadın Türkan Bəylər də iştirak edərək, tövsiyələrini verəcək, müdavim kimi kurs zamanı topladığı təcrübə və tədris prosesi barədə fikirlərini paylaşacaq.

Qeydiyyat üçün (012) 4900101 (daxili – 17-29) stasionar, (050) 2781811 mobil rabitəsindən, eləcə də [email protected] elektron poçt ünvanı ilə müraciət etmək mümkündür.

Aytən Novruz
Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Keçəl başda saç çıxaran xüsusi daraq – 30 günə nəticə əldə etdilər

Çin alimləri saç tökülməsinə və keçəlləşməyə qarşı mübarizədə mühüm yeniliyə imza atıblar. Onların hazırladığı xüsusi elektrik darağı laboratoriya siçanları üzərində aparılan təcrübələrdə cəmi 30 gün ərzində demək olar ki, bütün itirilmiş tüklərin yenidən çıxmasını təmin edib. Tədqiqatçılar yeni cihaz vasitəsilə keçəlləşməyə qarşı mübarizədə diqqətçəkən nəticə əldə ediblər.

Noyabrda 4 bürcün üzünə yeni qapılar açılacaq

Noyabr ayı bəzi bürclər üçün dəyişikliklər və yeni imkanlarla yadda qala bilər. Astroloji proqnozlara görə, Şir, Əqrəb, Tərəzi və Qoç bürclərinin nümayəndələrini karyera, münasibətlər və şəxsi inkişaf sahəsində yeniliklər gözləyə bilər.

Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur

Evdə qatıq hazırlayanların ən böyük çətinliyi qatığın tez sulanması və ya soyuducuda bir neçə günə turşumasıdır. Mətbəx ustalarının illərdir sirr kimi saxladığı bu üsulla bərk, kəsdikdə dağılmayan və həftələrlə təravətini qoruyan qatıq əldə edə bilərsiniz.

Yalanı dərhal üzə çıxaran 4 bürc

Bəzi insanlar qarşısındakı şəxsin sözlərinə dərhal inanmaq əvəzinə, onun davranışlarına və danışdıqlarındakı detallara diqqət yetirirlər. Kiçik ziddiyyətləri, dəyişən fikirləri və səmimiyyətsiz görünən münasibətləri tez fərq edən bu insanlar astrologiyada da bəzi bürclərlə əlaqələndirilir. Bəs astrologiyaya görə, yalanı ən tez hiss etdiyi düşünülən 4 bürc hansılardır?

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

Payızın son ayı olan noyabr bəzi zodiak işarələri üçün gözlənilməz maliyyə imkanları və böyük gəlirlər vəd edir. Astrolojik proqnozlara əsasən, kosmik enerjilərin yer dəyişməsi xüsusilə 5 bürcün nümayəndələrinə böyük uğur və maddi firavanlıq gətirəcək.

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.