Cia.az xəbər verir ki, “Nyu York Tayms” nəşri Kiyev və Vaşinqtondakı mənbələrə əsasən Ukrayna ilə ABŞ arasında müharibə strategiyaları barəsində müzakirələrdən yazıb. Nəşrə məlumat verən mənbələrin sözləinə görə, Ukrayna Silahlı Qüvvələri arzuolunan nəticələrə nail ola bilmədiyinə görə, hərbçilər yeni strategiya axtarışındadırlar və Pentaqon Kiyevə Amerika generalı Antonio Aqutonu göndərməyi qərara alıb. Hazırda Ukraynanın dəstəklənməsinə Almaniyadan rəhbərlik edən generalın 2024-cü ildən Ukraynanın yerlərdə hərbi rəhbərliklə işləməsi planlaşdırılır. Ukrayna və ABŞ zabitlərinin sözlərinə görə, Almaniyada Hərbi Oyunların keçirildiyi dövrdə komandanlıq yeni strategiyanın detalları üzərində işləyəcək.
Nəşr amerikalıların müdafiə strategiyasında təkid elədiklərini yazır – bu strategiya ərazilərin qorunması və 2024-cü il ərzində ehtiyatın və qüvvələrin artırılmasını nəzərdə tutur. Ukrayna isə quru yolları və uzaqvuran silahlarla daha çox hücuma keçmək niyyətindədir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.