Saakaşvili: “NATO Rusiya ilə müharibəyə hazılaşır”
Cia.az xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olan ölkələr öz silahlı qüvvələrini Ukraynaya göndərə bilərlər. Bunu Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Dmitri Qordona müsahibəsində deyib.
Saakaşvili deyib: “Məndə olan məlumata görə, ABŞ və bir sıra Avropa ölkələri Ukraynadakı müharibəyə birbaşa qoşulmağa hazırlaşırlar. Onlar məhz bunun üçün ABŞ-ın cənubunda təlimlər keçirirlər. Həm də təkcə hava əməliyyatlarının keçirilməsi nəzərdə tutulmur, quru qoşunlarının da oraya göndərilməsinə hazırlıq gedir”.
Saakaşvilinin fikrincə, NATO münaqişəyə qoşulsa, hərbi əməliyyatlar ən qısa müddətdə başa çata bilər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.