banner
banner

Şou

Efirdə Şəbnəmlər arasında mübahisə

Efirdə Şəbnəmlər arasında mübahisə

Əməkdar artist Şəbnəm Tapdıqla müğənni Şəbnəm Tovuzlu arasında verilişdə gərgin anlar yaşanıb.

"Tarixin bir günü" verilişinə gələn Şəbnəm Tapdığın onu məhkəməyə verməsindən danışıb.

Ş.Tapdıq studiyaya zəng edərək "Heç kimə deməmişəm ki, adını dəyiş. Şəbnəm adını təxəllüs kimi patentləşdirmişəm. Bunun kiməsə dəxlisi var? Özüm üçün öz adımın önünə "ilk" sözünü qoydum ki, digər Şəbnəmlərlə qarışmayım. Siz də bunu əlinizdə bayraq edib, danışırsınız. İnsanları mənim əleyhimə qoymayın. Sosial şəbəkələrdə onları üstümə qaldırıb, məni söydürürsünüzsə, onun 148-ci maddəsi var" sözlərini söyləyib.

O, proqramın aparıcısı Tarix Əliyevə (Tolik) onunla bağlı müzakirə aparmasını irad bildirib.

Tolik isə Ş.Tapdığı insanları aldatmaqda günahlandırıb:

"Siz mənə zəng vurub dediniz, əlimdə fakt var ki, Şəbnəm Tovuzlu haradasa deyib, mənim anam Şəbnəm Tapdıqla rəfiqə olub. Bu, absurddur. Siz 3 gün Elgiz Əkbərin verilişinə ayaq döydünüz, amma bu faktları üzə çıxara bilmədiniz. Şəbnəm Tovuzlu hər zaman deyib ki, mənim atam Şəbnəm Tapdığın sənətini sevdiyinə görə mənə Şəbnəm adını verib. Amma Şəbnəm heç anasını belə görə bilməyib. O nə bilərdi ki, anası kimlə rəfiqə olub?".

Şəbnəm Tovuzlu isə "Sizə acı sözüm olub və ya sizə pis davranış göstərmişəm? Hər zaman sizə hörmətlə davranmışam. Hər zaman demişəm ki, sizə böyük hörmətim var. Demisiniz ki, ilk Şəbnəm mənəm, artıq bu adla bağlı danışmağa utanıram. Hər zaman sizə demişəm ki, ailəm sizi və sənətinizi sevdiyi üçün mənə Şəbnəm adını qoyublar. Amma bunu deməyə də bilərdim. Düşünürsünüz ki, hamı məni sevir, gözəl mahnıları və böyük tamaşaçı kütləsi var. Amma əgər məni məhkəmə vermək istəyirinizsə, verin. Mən də o məhkəməyə gələcəyəm. Sizin haqqınızda heç bir efirdə heç nə deməmişəm. Ayıbdır. Belə şeylər sizin adınıza və mərhum atanızın adına yaraşmır. Düşmənsiniz mənə? Bitməyəcək bu söhbətlər? Boş-bekar adamdır, oturub evdə", - deyə cavab verib.//Axşam.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.