banner
banner

Sosİal

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dekabrın 23-də gündüzdən 24-də səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

 

Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-də səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Nazirlik məlumat yaydı - PENSİYALAR ARTIB

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla 2 mlrd. 608 mln. manat vəsait yönəldilib.

Mayın 14-də qaz kəsiləcək - Bu ərazilərdə

Sabah saat 10:00-dan isə Ağcabədi şəhərinin T.İsmayılov, İ.Qayıbov küçələrinin və rayonun 8 kəndinin, Zərdab rayonunun 18 kəndinin, saat 14:00-dan Füzuli rayonunun 8 kəndinin, həmçinin 15 may tarixində saat 11:00-dan Bərdə rayonunun 8 kəndinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.