SON DƏQİQƏ! Dünya ÇALXALANIR: əhali təxliyə edilir
Koreya Xalq Demokratik Respublikası (KXDR) qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2010-cu ildə Şimali Koreyanın artilleriya atəşinə məruz qalan Cənubi Koreyanın nəzarətində olan Yenpxyendo adasının sakinlərinə Pxenyanın “mümkün təxribatı” fonunda dərhal təxliyə əmri verilib.
Yerli hakimiyyət orqanları Cənubi Koreya hərbçilərindən bununla bağlı göstəriş aldıqdan sonra kütləvi evakuasiya elan edib. (Report)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.