banner
banner

Gündəm

Məşhur iş adamının Azərbaycandan çıxışı məhdudlaşdırılır

Məşhur iş adamının Azərbaycandan çıxışı məhdudlaşdırılır

Bakıda məşhur iş adamının ölkədən çıxışına məhdudiyyət qoyula bilər. 

Cia.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, iş adamı Şirinov Vüqar İbiş oğlunun vergi borcunun ödəməməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib. 

Məhkəmədə sahibkar barəsində "Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat" iddiası qaldırılıb.  

İş Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayevin icraadadır. 

Qeyd edək ki, Vüqar Şirinov "Planet" şadlıq sarayının sahibi kimi tanınır. O, 2017-ci ildə direktoru olduğu "Karvan-K" İstehsalat Kommersiya şirkətinin tabeçiliyində olan "Planet" şadlıq sarayının arxa hissəsində 9 ədəd ağacı qanunsuz kəsdirdiyi üçün həbs edilib. 2020-ci ildə sözügedən şirkətin qanuni təmsilçiliyindən ayrılıb və yerinə Abbasov Ramin Misir oğlu gətirilib. 

Apardığımız araşdırmaya görə, hazırda Vüqar Şirinovun 12876.06 vergi borcu var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.