banner
banner

Gündəm

“Gələcəkdə daha da yüksək vəzifələrdə çalışacaqsız”- Prezident

“Gələcəkdə daha da yüksək vəzifələrdə çalışacaqsız”-

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “Bulvar Hotel”in açılışında iştirak ediblər. 

Dövlət başçısı və xanımı otelin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Otellə tanışlıqdan sonra İlham Əliyev kollektivlə görüşüb və otelin Ağ Şəhər bulvarında yerləşdiyini yüksək qiymətləndirib: 

“Bu da yenilikdir. Çünki bildiyiniz kimi, bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zövq oxşamayan digər tikililər olmuşdur. İndi isə bütün bu ərazi ictimai zona, bulvarın davamı kimi Bakının sakinlərinin sərəncamına verilir”.

Prezident deyib ki, Ağ Şəhər bulvarı əslində Bakı bulvarının davamıdır: “Çox şadam ki, yeni yaranan Ağ Şəhər bulvarında “Bulvar Hotel” tikilib və istifadəyə verilir. Bu, bir daha onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir. Ölkəmiz öz qapılarını bütün qonaqlarının üzünə açmışdır. Bakıya gələn turistlərin sayı artıq milyonlarla ölçülür. Əminəm ki, Avropa Oyunlarından sonra gələn qonaqların sayı daha da artacaq. Çünki Bakı gözəl şəhərdir. Mənim fikrimcə, dünyanın ən gözəl şəhəridir, bunu indi demək olar. Şəhərimizə gələn hər bir qonaq qeyd edir ki, Bakıdan getmək istəmir, yaxud da çalışır ki, sonra Bakıya qayıtsın. Çünki şəhərimizin tarixi memarlığı, ab-hava, təhlükəsizlik, yüksək xidmət sahələri, müasir otellər, istirahət zonaları əlbəttə ki, qonaqları cəlb edir. Ancaq biz Bakıda görülən işləri, ilk növbədə, Azərbaycan vətəndaşları, onların rahatlığı, istirahəti üçün edirik. Bu gün Bakı sakinləri bütün bu gözəl imkanlardan istifadə edirlər”.

Prezident ölkədə son illər tikilən digər hotellərdən də danışıb:

“Bir daha demək istəyirəm ki, bölgənin, regionun ən böyük otelinin Bakıda tikilməsi, xüsusilə son illər ərzində “Hyatt”, “Sheraton” “Four Seasons”, “Marriott”, “Kempinski”, “Jumeirah”, “Hilton”, nəhayət, “İnturist” - bütün bu otellər tikiləndən sonra yenə də böyük otelin inşası inkişafımızın ən gözəl göstəricisidir. Mənə verilən məlumata görə, burada 700-dən çox iş yeri açılıbdır ki, onların əksəriyyəti Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Bu da çox gözəl əlamətdir. Həm yüksək maaş verilir, həm də ki, insanlar işlə təmin olunurlar. Görürəm ki, işləyənlərin əksəriyyəti gənclərdir və burada artıq gözəl təcrübə toplamısınız. Əminəm ki, gələcəkdə daha da yüksək vəzifələrdə çalışacaqsınız. Sizi bir daha ürəkdən salamlayıram və sizə uğurlar arzu edirəm”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.