Bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də vətəndaşların rahat səs vermələri üçün hər cür şərait yaradılıb.
30 ildən sonra Xocalıda seçki məntəqəsi fəaliyyət göstərir.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 saylı seçki məntəqəsində də seçki fəallığı müşahidə edilir.
Xocalıda vətəndaşlar məntəqəyə gələrək öz namizədlərinə səs verirlər.//apa.az


