banner
banner

İdman

Azərbaycan klubu İranda tarix yaza bilmədi

Azərbaycan klubu İranda tarix yaza bilmədi

İran çempionatında 2014/2015-ci il mövsümünə yekun vurulub.
Məhz son turda çempion komandanın adı məlum olub.
Son tura kimi lider olan Təbrizin "TraktorSazi" klubu öz meydanında "Naft Tehran"ı qəbul edib. 

Azərbaycan klubu bu matçda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaqdı. Ancaq Təbriz təmsilçisi buna nail ola bilməyib. Hesabda 3:1 hesabı ilə irəlidə olan "TraktorSazi" üstünlüyünü sona kimi qorumağı bacarmayıb. 64-cü dəqiqə erməni Teymuryan komandanı azlıqda qoyub və qalan dəqiqələrdə klub iki qol buraxıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Bu nəticə ilə xalını 58-ə yüksəldən "TraktorSazi" turniri ikinci pillədə başa vurub.

Son turda doğma meydanda "Saypa"ya 2:0 hesabı ilə qalib gələn "Sepahan" 59 xalla İran çempionu olub. "Naft Tehran" isə turniri üçüncü pillədə başa vurub.

İran çempionatı

20:00 "TraktorSazi" - "Naft Tehran" - 3:3 
Qollar: Ezzati, 4 (0:1), Eder Luçano, 37 (1:1),Teymuryan, 45+1 (2:1), Fərid Kərim, 62 (3:1), Padovani, 77 (3:2), 81 (3:3)

Qırmızı vərəqə: Teymuryan, 64 ("Traktor Sazi")

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.