banner
banner

Gündəm

Əhmədin atasının Cavid Qurbanovla nə problemi olub? - YENİ FAKT

Əhmədin atasının Cavid Qurbanovla nə problemi olub? - YENİ FAKT
Əhməd Əhmədov adlı gənc ötən gün Bakının Xətai rayonunda dəhşətli qətl törədərək, cəmiyyətin diqqətini ailəsinin üzərinə çəkdi. Hazırda KİV-lərdə və sosial şəbəkələrdə 5 nəfəri - 1972-ci il təvəllüdlü atası Mehman Əhmədovu, 1977-ci il təvəllüdlü anası Bikə Əhmədovanı, 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Əhmədovu, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını qətlə yetirən cani barədə müxtəlif məlumatlar tirajlanır.

Məlum olub ki, 52 yaşlı Mehman Əhmədov indiyə kimi müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu iş yeri “Azərbaycan Dəmir Yolları” QSC olub. Mehman Əhmədov 2022-ci ilə kimi “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. Amma KİV-də iddia edildiyi kimi İnfranstruktur departamentinin rəisi deyil, həmin departamentdə təsərrüfat sektorunun müdiri vəzifəsində çalışıb. O, bu qurumun sabiq rəhbəri Cavid Qurbanovun ən etibarlı kadrlarından biri olub. Buna görə də çalışdığı QSC-də əsas söz sahiblərindən sayılıb, bir çox təyinatların gerçəkləşməsində bilavasitə rol oynayıb. Lakin bir müddət sonra Cavid Qurbanovla aralarında soyuqluq yaranıb. Buna görə də 2022-ci ildə Cavid Qurbanov onu ixtisara salaraq, QSC-dən uzaqlaşdırıb. Amma Rövşən Rüstəmov 26 oktyabr 2022-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilməsindən sonra Mehman Əhmədova yenidən əməkdaşlıq təklif olunub. Yeni sədr köhnə kadrı öz komandasında görmək istəsə də, Mehman Əhmədov bundan imtina edib.

Keçmiş iş yoldaşları Mehman Əhmədovu imkanlı və xeyirxah adam kimi xatırlayırlar. Onların sözlərinə görə, mərhum hələ məmur işləyərkən ciddi biznes şəbəkəsinə sahib olub.

Məlumatlara görə, işdən çıxandan sonra Mehman Əhmədova ayrı-ayrı dövlət qurumlarından müxtəlif vəzifələr təklif olunub. Amma o, bizneslə məşğul olmağa üstünlük verərək, bu təkliflərdən mədəni şəkildə imtina edib.//Yenisabah.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.