banner
banner

Gündəm

Onlardan hansı yeni baş nazir olacaq? - Saatlar qaldı...

Onlardan hansı yeni baş nazir olacaq? - Saatlar qaldı...

Azərbaycanda yeni hökumətin formalaşması bu gün reallaşa bilər. Milli Məclisin fevralın 16-da keçiriləcək növbədənkənar iclasında yeni baş nazirin adı məlum olacaq.

Cia.az xəbər verir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, 3 nəfərin hökumət başçısı postunu tutmaq şansı daha yüksəkdir. Bunlar hazırda baş nazir vəzifəsini icra edən Əli Əsədov, onun müavini Şahin Mustafayev və Prezidentin köməkçisi Şahmar Mövsümovdur. Hakimiyyətin ən yuxarı eşelonunda hər üç namizədin baş nazir postunu tutmağa layiq olduğu düşünülür.

Mənbə namizədlər arasında hazırda baş nazir vəzifəsini icra edən Əli Əsədovun şansının daha yüksək olduğunu bildirib. Onun sözlərinə görə, Əli Əsədov daha bir neçə il hökumət başçısı kimi karyerasını davam etdirə biləcək.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclası bu gün saat 11-də keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.