banner
banner

Hərbİ

Ordumuz üçün yeni avtomobillər

Ordumuz üçün yeni avtomobillər

Əlahiddə Ümumqoşun Ordusuna xidməti avtomobillər və yük maşınları təqdim olunub.
Cia.az-ın Müdafiə Nazirliyinin sayrına istinadən verdiyi məlumata görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni xidməti avtomobillər və yük maşınları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni xidməti avtomobillərə və yük maşınlarına, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun digər döyüş texnikalarına baxıblar.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni "Naz lifan" markalı xidməti avtomobil və 20 ədəd "Kamaz" markalı yük maşınları verilib, maddi-texniki baza daha da möhkəmləndirilibdir.

Hazırda hərbi hissələrin bazasında ən müasir döyüş texnikaları və müxtəliftəyinatlı avtomobillər vardır. Atəş idarəetmə maşınları, yüksək hündürlükdə meteoroloji şəraiti ölçmə sistemi, təxliyə avtomobilləri, ultrasəs və ekokardioqrafiya aparatı ilə təmin olunmuş tibb qoşquları, zabit və rəis heyətinin səhra şəraitində iş və istirahətinin təşkili üçün nəzərdə tutulan qoşqu və avtomobillər döyüş zamanı şəxsi heyətin fəaliyyətinin düzgün təşkilinə imkan verir.

Nümayiş etdirilən müasir yaylım atəşli reaktiv sistemlər, tanklar, zirehli döyüş maşınları, artilleriya qurğuları, müxtəlif çaplı silahlar istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə imkan verir. Səhra şəraitində istifadə olunan müasir texniki vasitələr də ən yüksək tələblər səviyyəsindədir. Səyyar texniki-təmir emalatxanaları çətin təbii xidmət şəraitində geniş imkanlara malikdir.







Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.