banner
banner

İqtİsadİyyat

Mənzil bazarında bahalaşma - Mart ayında qiymətlər kəskin qalxacaq

Mənzil bazarında bahalaşma -

"2024-cü ildə tikinti şirkətləri tərəfindən açıq satışa çıxarılan mənzillərin sayı əvvəlki illərlə müqayisədə azalacaq. Rəqabət yüksək olmadığından, təklif sayı az olduğundan, tikinti şirkətləri qiymətləri artırmaq marağında olacaqlar".

Cia.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında əmlak ekspert Elnur Əsədov deyib.

Elnur Əsədov qeyd edib ki, 2022-ci ildən başlayaraq daşınmaz əmlak bazarı olduqca aktiv olub:

"Bu illərdə ciddi qiymət dəyişikliyinin şahidi olmuşuq. Buna səbəb armatur kimi inşaat materialının bahalaşması olub. Bənzər vəziyyət 2006-cı ildə də baş vermişdi. Həmin ildə armaturun qiyməti 600 manatdan 1000 manat kimi bahalaşmışdı. İndi də armaturun qiyməti 800 manatdan 1200 manata kimi bahalaşıb. Bu hal daşınmaz əmlak bazarına təsirini göstərib. Qiymətlər iki il ərzində 25% bahalaşıb. Ümumilikdə isə pandemiyadan sonrakı dövrdə Azərbaycanda daşınmaz əmlakın orta artım indeksi 30% civarındadır".

Ekspert hesab edir ki, vətəndaşların yığım kapitalı qiymət artımına uyğun olmadığına görə daha çox ipotekalara üstünlük verirlər:

"Bu da normal haldır. İpoteka şərtləri son illər ərzində əlverişli olub, bazarda təkliflər çoxalıb, hətta kirayə mənzillərin də satışı təşkil edilməyə başlanılıb, buna baxmayaraq ipotekaya təlabat yüksəlir. Son 3 il ərzində ipotekaya müraciətlərin sayı da çoxalıb".

Elnur Əsədov 2023-cü ildə ipotekaya müraciətlərin sayının kəskin artmasının müşahidə olunduğunu vurğulayıb:

"Banklar üçün ayrılan limitlərin hamısı istifadə olunub. Hazırda 2024-cü ilin əvvəlidir, hələ aktivlik başlamayıb. Ona görə ki, ipoteka kreditləri fevral ayının axırından elan edilir. Bunların təsiri mart ayında bazarda hiss olunacaq. Mart ayının sonunda daşınmaz əmlak bazarında vəziyyət aktivləşəcək. Mən proqnoz verirəm ki, 2024-cü ildə tikinti şirkətləri tərəfindən açıq satışa çıxarılan mənzillərin sayı əvvəlki illərlə müqayisədə azalacaq. Rəqabət yüksək olmadığından, təklif sayı az olduğundan tikinti şirkətləri qiymətləri artırmaq marağında olacaqlar".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.