banner
banner

Gündəm

Vəzifəli şəxsin bahalı avtomobili müəmmalı şəkildə yandı - Fotolar

Vəzifəli şəxsin bahalı avtomobili müəmmalı şəkildə yandı - Fotolar

Sumqayıt şəhərində "Toyota" markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqda "GAC” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

"Qafqazinfo" FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə fevralın 28-nə keçən gecə Sumqayıtın 6-cı mikrorayonu ərazisində baş verib. Hadisə zamanı "GAC" markalı avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxu.az-ın yaydığı məlumata görə, tamamilə yanan "Toyota Land Cruiser" markalı avtomobil Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədova məxsus olub.

N.Əhmədov hadisənin müəmmalı şəraitdə baş verdiyini bildirib və müraciəti əsasında aidiyyəti qurumlar tərəfindən araşdırmanın aparıldığını deyib.

 






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.