Rusiya fəaliyyəti milli təhlükəsizlik səbəbiylə “arzuolunmaz” hesab edilən xaricilərin təqibini nəzərdə tutan yeni qanun təqdim etməyi planlaşdırır. Rusiyalı millət vəkilləri “arzuolunmaz” xarici QHT-ləri və şirkətləri qadağan edəcək qanuna səs verirlər. Qanuna görə 2012-ci ildə qəbul edilmiş indiki qanuna görə, siyasətlə əlaqəli xaricdən maliyyələşən Rusiya QHT-ləri “xarici agent” kimi qeydiyyatdan keçməlidir. Bildiorilir ki, qanun layihəsini Prezident Vladimir Putinə sadiq partiya hazırlayib. Onun tərəfdarları parlamentin hər iki palatasında üstünlük təşkil edir. Dumaya gedən sənəddə deyilir ki, xarici təşkilat və ya şirkətin “arzuolunmaz” olmasına Rusiya prokurorluğu və xarici işlər nazirliyi qərar verəcək. “Arzuolunmaz” elan edilmiş xarici isə 10 000 dollara qədər cərimələnə və altı ilə qədər həbs cəzası ala bilər. Dumada qəbul edilmiş qanun qüvvəyə minməsi üçün yuxarı palata və Prezident Putinin tərəfindən təsdiq edilməlidir. Qanun layihəsi Rusiya ilə Qərb arasında soyuq münasibətlərin ərəfəsində gəlib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.