banner
banner

Gündəm

Avropada soyqırımdan danışıldı

Avropada soyqırımdan danışıldı

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Surasının maliyyə dəstəyi ilə may ayının 14-də “Soyqırım həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Tarixdən silinməyən qanlı ləkə-soyqırım” adlı macar dilində hazırlanmış kitabın təqdimatını və soyqırım həqiqətləri ilə bağlı konfransı həyata keçirdi. 
Konfransda Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri, Kral Atilla Universitetinin tələbələri, Yunus Əmrə Kültür İnstitutunun rəhbərliyi, yerli sakinlər və Macarıstanda yaşayan azərbaycanlılar iştirak edib. 

Tədbiri açıq elan edən Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov iştirakçıların nəzərinə çatdırıb ki, bu layinə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. E. Salmanov bu tədbirin həyata keçirilməsində onlara dəstək olan UKİD (Beynəlxalq inkişaf və əməkdaşlıq təşkilatı) rəhbərliyinə, Yunus Əmrə Kültür İnstitutuna, Macar Azərbaycan Qardaşlıq Cəmiyyətinə və cəmiyyətin sədri Ramiz Əmirliyə öz dərin minnətdarlığını bildirib. E. Salmanov sonra sözü UKİD sədrinin müavini Şefiq Kantara verib. 

Şefiq bəy Macarıstanda soyqırım həqiqətlərinin tanıdılması və tarixi həqiqətlərin tanıdılması baxımından çox mühüm olduğunu dilə gətirib. Sonra söz Macarıstanın Millət Vəkili Yobbik partiyasının sədri cənab Vona Qabora verilib. Vona Qabor öz çıxışında Ermənistanın təcavüzkar bir dövlət olduğunu, Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini və 1milyondan çox insanın öz doğma vətənlərindən didərgin salındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq həmçinin uydurma erməni soyqırımı məsələsinə də toxunaraq bildirib ki, bu məsələ siyasətçilərin deyil, tarixçilərin araşdıracağı bir məsələdir. Vona Qabor Macarıstanın bir şəhəri ilə Gəncə şəhərinin qardaş şəhərlər elan edildiyini də dilə gətirərək, Şuşa şəhərinin qısa bir zamanda geri qaytarılmasını arzu edib. Sonra söz Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfri Vilayət Quliyevə verilib. 

Vilayət müəllim tədbir iştirakçılarını salamlayaraq bu tədbirin keçirilməsinin çox əhəmiyyətli olduğunu qeyd edib. Səfir Macarıstanın millət vəkili “Yobbik partiyası”nın sədri cənab Vona Qabora etdiyi cəsarətli çıxışına və ədalətli mövqeyinə görə ona təşəkkürünü bildirib. Sonra söz Türkiyə Cümhuriyyətinin Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Şakir Falkalı bəyə verilib. O öz çıxışında uydurma erməni soyqırımı məsələsində Avropa Birliyinin ədalətsiz mövqeyini və Papa Françeskonun qərəzli mövqeyini tənqid edib. 
Sonra tədbirin məruzəçiləri kürsüyə dəvət edilib. 

Məruzəçilər Türkiyə Cümhuriyyəti Millət vəkili Prof. Dr. Seyyid Sərt Çəlik, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Dos. Dr. Vasif Qafarov və İsanbul Gəlişim Universiteti Beynəlxalq Münasibətlər Kafedrasının rəhbəri Rakıb Kutay tədbir iştirakçılarına mövzu ilə bağlı geniş və dolğun məlumatlar veriblər. 

Tədbirin sonunda “Tarixdən silinməyən qanlı ləkə-soyqırım” kitabı və Dağlıq Qarabağ haqqında Macar dilində yazılmış kitab iştirakçılara paylanılıb. 







Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.