Ekspertin fikrincə, qruplaşmanın təklif etdiyi xətt yeni olduğu üçün cəmiyyətin bütün təbəqələri üçün cəlbedici görünür, ancaq bu müvəqqəti bir dövr üçündür
Uzun müddət davam edən susqunluqdan sonra İŞİD lideri ƏbuBəkr əl-Bağdadiyə məxsus olduğu iddia edilən audio-müraciət yayılıb. Son bir ildə bir neçə dəfə “öldü” xəbəri yayılan, hətta qruplaşmaya yeni lider seçildiyi xəbərlərinin ardınca əl-Bağdadinin peyda olaraq bir sıra gündəm mövzularına münasibət bildirib. Eyni zamanda müsəlmanları silaha sarılmağa və Suriya, İraq ərazilərində elan edilmiş “xilafətə” mühacirət etməyə çağırıb.
Nə qədər qəribə də olsa son bir ildə İraqda xüsusən ağır zərbələr alan İŞİD hələ də cəlbedici olaraq qalır. əl-Bağdadinin “dəvət” müraciəti yayıldığı gün mediada Tacikistan xüsusi təyinatlı polisin komandirinin bir dəstə adamla İŞİD-ə qoşulduğu haqda xəbər yayıldı. Virtualaz.org saytı “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı artıq Tacikistan hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib.
Bildirilir ki, Tacikistan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) komandiri, polkovnik GülmurodHalimovbir neçə gün əvvəl ölkəni tərk edərək Moskvaya, oradan da İŞİD tərkibində döyüşmək üçün Suriyaya yollanıb. Polkovnikin gedərkən özü ilə bir qrup həmvətənini də apardığı bildirilir. Polkovnik Halimov indiyədək İŞİD-ə qoşulan ən yüksək rütbəli xarici ölkə vətəndaşıdır, üstəlik o, xidmətdə olan polkovnikdir. Maraqlıdır ki, ailə üzvləri, tanıyanlar Halimovun dindar olmadığını və 7 uşağının olduğunu bildiriblər. Ehtimal olunur ki, tacik OMON polkovnikinə İŞİD-ə apardığı adamlara görə pul vəd ediblər.
Ancaq bu faktın özü bir məqamı yenidən aktuallaşdırır. İŞİD nədən hələ də bu qədər cəlbedicidir? Dünyanın ən qanlı terror təşkilatı kimi tanınan, az qala hər gün törətdiyi qanlı terror aktları, dəhşətli edamları (bu edamların bir qismi qruplaşmanın öz üzvlərinə qarşı tətbiq olunur – K.) və əks-təbliğatın, ən mühüm isə sərt məhdudiyyətlərin, böyük miqyasda təqiblərin olmasına rəğmən insanlar dünyanın az qala hər yerindən bu qruplaşmaya axışır.
Bir sıra müşahidəçilərə görə, İŞİD-in cəlbediciliyi ilkin İslam şüarları, dini qaydalarla yaşamaq, eyni zamanda savaş, macəra həvəsi və sair kimi ilginc səbəblərlə əlaqədardır. Xüsusən də radikal islamçı görüşlərə görə, hazırda müsəlman ölkələri xeyli dərəcədə ilkin İslam cizgisindən kənarlaşıb və “küfrə yuvarlanıb”. Həqiqi İslam dəyərlərini yaşadan, ilkin İslam dövrünə aid qanunlarla idarə olunan ədalətli müsəlman cəmiyyəti yoxdur. İŞİD-in bunu təklif etməsi əsas radikal, təkfirçi görüşə sahib dindarları cəlb edir.
Təbii ki, psixoloji amillər, özünü tapmamaqdan doğan cəmiyyətdən qopmaq və sair kimi səbəblər qeyd olunur. Bu baxımdan İŞİD-in sıraları xeyli dərəcədə “rəngarəngdir” və zaman-zaman qruplaşma daxilində baş verən edamların və qətllərin bir səbəbi də bu uyğunsuzluqlarla bağlıdır.
Siyasi şərhçi AzərRəşidoğlunun fikrincə, İŞİD-in cəlbediciliyi ilk növbədə təklif etdiyi alternativ görüşdür: “İŞID bütün amansızlığına baxmayaraq, alternativ paradiqma təklif edir. İnsanlar liberal, sosial-demokrat, millətçi, kommunist düşüncələrdən beziblər. Onlara yeni nümunələr lazımdır. Bu baxımdan, İŞİD yeni (bəlkə də unudulmuş köhnə - A.R.) nümunə təklif edir - Şəriət qanunları ilə idarə edilən xilafət yaradılmasını özünün hədəfi elan edib. Çoxları baş verənlərdən, İŞİD-in arxasında dayanan qüvvələrin məkrli planlarından xəbərsizdir. Odur ki, hətta orta statistik avropalı üçün də bu qruplaşma cəlbedicidir. Lakin müəyyən mərhələdən sonra İŞİD da Taliban və onun kimi təşkilatların taleyini yaşamalı olacaq. Bu baxımdan, baş verənlərin mahiyyətini anlatmaq daha məqbul variantdır”.
Siyasi şərhçinin fikrincə, İŞİD-ə dindar olmayan, İslam şüarlarına qapılmayan sadə insanlarının qoşulmasında da müəyyən mənada cəlbedici şüarlar rol oynayır: “Baş kəsmək, terror, qəddarlıq ənənəvi siyasi ideologiyalardan fərqlənir. Bu yeni mübarizə metodu olmaqla yanaşı, tam alternativ paradiqmadır. Liberal və sosialist düzən təklif edilmir. Radikal dinçi düzən təklif edilir. İnsanlar, xüsusən normal toplumlar üçün bu bir əyləncə deyil, normal həyat tərzi keçirən insanlar qəddar metodlarla özlərinin yaşayışı üçün yeni stimul əldə edirlər. Kütlə beyinlərinin idarə edilməsində belə metodlar dəfələrlə olub, bu dəfə də həyata keçirilir. Məqsəd insan öldürmək deyil, özünü təsdiq, yeni ideya naminə qurban getmək və ya yaşamaq arzusudur”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.