Göldə batan şəxsləri xilas etmək istəyərkən boğularaq ölən polisin medalı ailəsinə təqdim edildi - FOTO
Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.
Hurriyyet.az xəbər verir ki, Medal Naxçıvan Muxtar Respublikası Daxili işlər naziri general-mayor Süleyman Neymətov tərəfindən Vüsal Quliyevin övladına təqdim edilib və bildirilib ki, fədakar, qəhrəman polis əməkdaşımızın xatirəsi daim uca tutulacaq.
Vüsal Quliyevin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. (Oxu.az)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.