Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkisinə hazırlaşan millət vəkilliyinə namizədin hazırlatdığı və şəhərin divarlarında asdırdığı bilbordlar gülüş obyektinə çevrilib. Hadisə Amasya şəhərində baş verib və hadisənin “qəhrəmanı” anamüxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) bu şəhərdən namizədi Ramis Topal olub. Ramis Topalın öz adına hazırlatdığı bilbordlardan birində fermerə dizel yanacağının 1.5 lirədən (0.60 azn) satılacağı vəd olunub. Həmin namizəd şəhərin başqa yerində asdırdığı bilbordda fermerlər üçün dizel yanacağının 2 lirə (0.80 azn) olacağını söz verib. Şəhərin iki fərqli yerindəki iki fərqli qiymət isə sakinlərin diqqətindən yayınmayıb. Bəzi insanlar isə namizədi qeyri-səmimi olmaqda ittiham edib. Xatırladaq ki, bu il iyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək və ölkənin 4 partiyası – hakim Ədalət və İnkişaf Partiyası (AKP), müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (MHP) və separatçı kürdlərin Xalqların Demokratiya Partiyası (HDP) bu seçkiyə çox ciddi hazırlaşır. Seçkidə ümumi olaraq 20-yə yaxın partiyanın iştirak edəcəyi gözlənilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.