banner
banner

Gündəm

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib. 

Cia.az xəbər verir ki, avtosfer.az-ın əldə etdiyi məlumata görə, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə buraxılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Kamran Əliyev uzun illər BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu sahədə böyük xidmətləri olan Kamran Əliyev daha sonra YPX Şöbəsinin rəisi olub. Bir neçə ildir ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı. Onun 60 yaşı tamam olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.